SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mastercard” Rusiyaya qarşı sanksiyalara qoşulub.

BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə kampaniyanın Baş direktoru Maykl Maybax bildirib.

Onun sözlərinə görə, “Mastercard” Rusiya maliyyə qurumunu ödəniş sistemindən çıxarıb.

“Biz “Mastercard” ödəniş şəbəkəsində bir neçə maliyyə institutunu blokladıq. Biz öhdəliklərimizə tam əməl etmək üçün yaxın günlərdə tənzimləyicilərlə işləməyə davam edəcəyik”, - deyə Maykl Maybax qeyd edib.

Qeyd edək ki, “Mastercard” ödəniş sistemindən ayrıldıqdan sonra bu bankların kartları ilə xaricdə və xarici onlayn mağazalarla ticarət etmək mümkün olmayacaq.

Bundan əlavə, Mastercard Ukraynaya humanitar yardım göndərmək üçün tərəfdaşlarla işləyir.

BAKU.WS