140 yaşlı əfqanıstanlı - 100 nəfərlik ailəsi var
Dünyanın ən yaşlı adamının Əfqanıstanda yaşadığı güman edilir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yerli sakin Akel Nazirin 140 yaşı var.
Jurnalistlər müəyyən ediblər ki, Yer kürəsinin ən uzunömürlü adına iddialı ola biləcək insanın 100 nəfərlik ailəsi var.
Bildirilib ki, Əfqanıstan Böyük Britaniyadan müstəqillik qazananda onun 30 yaşı olub. Üstəlik, o, Əfqanıstan kralı Əmanullah Xanın hakimiyyətini və Britaniyanın hökmranlığından müstəqillik gününün qeyd olunmasını yaxşı xatırlayır.
Bundan əvvəl planetin ən yaşlı insanı titulu keçən dekabrda 116 yaşında vəfat edən yaponiyalı Tomiko İtukaya məxsus idi. İtuka 23 may 1908-ci ildə Osakada anadan olub.
Rəsmi olaraq Ginnesin Rekordlar Kitabı ona 2024-cü ilin sentyabrında ən yaşlı insan statusunu verib. İtukanın ölümündən sonra 116 yaşlı Braziliya sakini İna Canabarro Lukas dünyanın ən yaşlı insanı statusuna yiyələnib.
Oxşar xəbərlər
"Fənərbağça" klubunun prezidentinin şərhinə görə tələbələr PULSUZ DÖNƏR yedilər
Sosial şəbəkələrdə restoran və iaşə obyektləri diqqət çəkmək və müştəri qazanmaq üçün fərqli üsullara əl atmağa davam edir. Bəziləri xüsusi şoularla, digərləri...