SİZİN REKLAM BURADA!
055 213 76 73


"Taliban" silahlılarının Əfqanıstanın paytaxtı Kabilə daxil olmasından sonra bir qrup əhali şəhərdən qaçmağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tele1" kanalı məlumat yayıb.

Məlumata görə, dünən gecədən etibarən bir çox ölkə tərəfindən təxliyə əməliyyatları həyata keçirilib. Evakuasiya zamanı sıxlıq yaranıb.

Kabil hava limanından təxliyə əməliyyatları həyata keçirilərkən hava limanında bütün ticarət uçuşları dayandırılıb.

Bildirilir ki, ABŞ hərbçiləri kütlənin uçuş-enmə zolağına çıxdığı üçün hava limanında havaya atəş açıb.

BAKU.WS
VİDEO