SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatlarında yaxın 10 il ərzində ən çox üstünlük verilən və əməkhaqqısı yüksək olan işlərin adları açıqlanıb.

BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, “Business insider” saytının əməkdaşları ildə ən az 75 min dollar (127 min manat) əməkhaqqı qazandıran peşə və sənətlərin adlarını ictimaiyyətə təqdim ediblər.

Belə işçilər arasında kompüter mühəndisliyi və epidemiologiya sahəsində çalışanlar da var.

Gələcəyin ən çox qazandıran sənət və peşələrini təqdim edirik:

Siyasi elm xadimləri - proqnozlara görə, bu peşə sahiblərinin sayı 2029-cu ilə qədər 400 nəfər də artacaq. Onların illik əməkhaqqısı isə 124 min dollar (210 min 800 AZN) olacaq.

Kimya mühəndisləri - bu peşə sahiblərinin sayının son 10 ildə 1400 nəfər artacağı qeyd edilir. Onların 1 illik qazancı isə 114 min 850 dollar (195 min 245 AZN) təşkil edəcək.

Fiziklər – 2029-cu ilə qədər bu peşə sahiblərinin sayı 1300 nəfər də artacaq. Onların 12 aylıq gəliri isə ümumilikdə 137 700 dollar (234 090 AZN) olacaq.

Qida texnologiyası mütəxəssisləri – son 10 ildə bu peşəni daha 400 nəfər də seçəcək. İllik qazancları isə 80 min 190 dollar (136 323 AZN) təşkil edəcək.

İqtisadçılar - bu peşə sahiblərinin sayının daha 2900 nəfər artacağı proqnozlaşdırılır. Onların bir illik əməkhaqqısı isə 120 min 880 dollar (205 496 AZN) olacaq.

Kompüter mühəndisliyi - bu sənətlə məşğul olanların sayı 5000 nəfər də artacaq. İşçilərin bir il ərzində ümumi qazancı isə 130 880 dollar (222 min 496 AZN) təşkil edəcək.

Epidemioloqlar – yoluxucu xəstəliklərin artması bu sənəti seçənlərin sayının çox olacağından xəbər verir. Epidemioloqların bir ildə əldə etdikləri ümumi gəlir isə 83 min 100 dollar (141 min 270 AZN) olacaq.

BAKU.WS