SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan silahlı qüvvələrinin hərbçisi Vardenisdəki hərbi hissəni özbaşına tərk edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçinin itkin düşməsi ilə bağlı bəyanat 18 may axşamı hərbi polisə daxil olub.

Sıravi N.Mkrtçyanın həmin gün bölmənin təhlükəsizlik zonasını icazəsiz tərk etdiyi ortaya çıxıb. Hərbi polis bu hadisə ilə bağlı materiallar toplayır.

Xatırladaq ki, Ermənistanda ordudan yayınma hallarına tez-tez rast gəlinir.

BAKU.WS