SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi rokçu Nirvana qrupunun üzvü Kurt Kobeynin saç telləri hərraca çıxarılıb.

BAKU.WS “loudersound.com”a istinadən xəbər verir ki, hərracda sənətçinin 4 saç teli rekord qiymətə - 14 min 514 dollara (24 min 673 manat) alıcı tapıb.

Hərrac “Iconic” adlı muzeydə təşkil edilib.

Plastik qabda saxlanılan saç telləri ifaçının üzvü olduğu Nirvana qrupunda dünya turuna çıxan zaman kəsildiyi bildirilib.

BAKU.WS
QALEREYA