SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan Baş nazirinin ardınca bütün hökumət istefa edib.

BAKU.WS xəbər verir ki, Gürcüstan Konstitusiyasına görə, baş nazirin səlahiyyətləri istefa etdikdən dərhal sonra sona çatır və hökumət yeni baş nazir təyin olunana qədər vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri baş nazirin birinci müavininə həvalə olunur.

Hazırda ölkənin bütün nazirləri fəaliyyət göstərir. İndi parlamentin yeni baş nazirə və təqdim etdiyi hökumətin tərkibinə inamını ifadə etmək üçün iki həftə vaxt var. Etibar qazanmaq üçün hökumət ən azı 76 millət vəkilinin dəstəyini almalıdır.

Qanuna görə, Baş nazir və Nazirlər Kabineti seçkilərdə ən yaxşı nəticə alan partiya tərəfindən, yəni "Gürcü Arzusu - Demokratik Gürcüstan" tərəfindən irəli sürülür. Baş nazirin namizədliyi iki dəfə 76 səs almasa, prezidentin parlamenti buraxmaq və yeni seçki təyin etmək hüququ var.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria cümə axşamı xüsusi brifinqdə istefasını elan etdi. Hökumət başçısı ölkədəki siyasi böhran fonunda bu qərarı verdi.

BAKU.WS