SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun məhdud sayda istehsal olunan "Bugatti Centodieci" avtomobili sifariş etdiyi iddia edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə 36 yaşı tamam olan ulduz futbolçunun yeni avtomobili özünə ad günü hədiyyəsi kimi aldığı bildirilir. Portuqaliyalı ulduzun kolleksiyasına qatacağı "Bugatti Centodieci"nin qiyməti 8 milyon avrodur. 

Ronaldonun aldığı son avtomobil dünyada cəmi 10 ədəd istehsal edilib. 1600 at gücündə olan avtomobil dünyanın ən sürətli idman avtomobillərindən biri kimi göstərilir. Ronaldo bundan əvvəlki avtomobili üçün 2 milyon avro pul xərcləyib. 

Onun yeni alacağı avtomobili dünyanın ən bahalı maşını kimi diqqət çəkir. Ronaldonun qarajındakı avtomobillərin ümumi dəyəri 30 milyon avrodur.

BAKU.WS
QALEREYA