SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bumble” tanışlıq xidmətinin qurucusu və rəhbəri, 31 yaşlı Vitni Volf Herd (Whitney Wolfe Herd) dünyanın ən gənc qadın milyarderi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məşhur “Forbes” jurnalı yazıb.

Məlumata görə, bu həftənin cümə axşamı günü “Bumble” mobil tətbiqinin səhmlərinin qiyməti ilkin tədavüllə (IPO) müqayisədə 77 % artıb. Son nəticədə səhmlərinin 11,6 %-nə nəzarət edən gənc sahibkarın sərvəti 1,6 milyard ABŞ dollarına çatıb.

Xatırladaq ki, “Bumble” bazara çıxarılandan ABŞ-da ən sürətlə inkişaf edən tanışlıq xidmətlərindən biri olub. Şirkətin uğurları sayəsində V.V.Herd ötən il “Forbes”in "ABŞ-ın ən uğurlu qadın sahibkarları və icraçı qadınları" siyahısına daxil olub. O həm də "30-30" mükafatının da laureatıdır.

BAKU.WS