SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Şuşanın işğaldan azad olunma xəbəri Azərbaycanda olduğu kimi Türkiyədə də böyük coşğu ilə qarşılanıb.

BAKU.WS xəbər verir ki, Şuşanın işğaldan azad olunma xəbərini bir çox Türkiyə məşhurları da sosial şəbəkə hesabında paylaşıb.

Müğənni Mustafa Ceceli isə "Qarabağın qəlbi Şuşa 28 il sonra işğaldan azad edildi. Qarabağ Azərbaycandır" sözlərini yazıb.

Müğənni Ebru Gündeş “İnstagram” səhifəsində hekayə bölümündə Azərbaycan bayrağını paylaşıb.

Ebru Yaşar isə 1992-ci ildə məcburi köçkünlərin fotosunu 2020-ci ildə tankların şəkli ilə birləşdirərək yayımlayıb və "Şuşa erməni işğalından xilas oldu" sözlərini yazıb.

Alişan isə "Şuşa, həsrət bitdi" postunu paylaşıb.

BAKU.WS
QALEREYA