SİZİN REKLAM BURADA!
055 213 76 73


COVİD-19-un varlığına şübhə edən 33 yaşlı fitness müəllimi Dmitriy Stujuk testinin müsbət olmasından sonra ölüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada yaşayan Stujuk 3 gün əvvəl 1,1 milyonluq “İnstagram” hesabında xəstəxanadan fotosunu yayaraq COVİD-19-a yoluxduğunu açıqlayıb.

Fenomen Türkiyədən istirahətdən qayıdarkən nəfəs darlığı və öskürək olduğunu hiss edib və həkimə gedib. O, testin nəticəsini öyrəndikdən sonra koronavirusa yoluxduğunu bilib.

Həkimlərin səyinə baxmayaraq, o, virusdan həyatını itirib.

Qeyd edək ki, məşhur fitness modelinin 3 övladı var imiş.

BAKU.WS
QALEREYA