Yekaterinburqda öldürülən Səfərovların qardaşı hadisələrə münasibətini bildirdi

Tək ailəmiz üçün yox, bütün Azərbaycan xalqı üçün ağrılı günlər yaşanır. Rusiya rejimi tərəfindən işgəncələr nəticəsində insanlar həyatlarını itiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sözləri Yekaterinburqda qətlə yetirilən iki azərbaycanlının qardaşları Seyfəddin Hüseynli jurnalistlərlə söhbətində bildirib.
"Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm", - S.Hüseynli deyib.
O, əlavə edib ki, bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan"ın binasında keçirdikləri əməliyyat da onun üçün təsəlli olub: "Dövlətimiz qətiyyətli mövqe ortaya qoydu. Rusiyanın KİV adı altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olundu".
Oxşar xəbərlər
Siqaret çəkənlərə PİS XƏBƏR
Hər bir siqaret insan ömrünü orta hesabla 20 dəqiqə qısaldır - kişilərdə 17 dəqiqə, qadınlarda isə 22 dəqiqə. BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya ve...
