Mədəniyyət Nazirliyi müstəqil teatrlara maliyyə dəstəyi mexanizmləri hazırlaya bilər
Mədəniyyət Nazirliyi müstəqil teatrlara maliyyə dəstəyi mexanizmlərini hazırlaya bilər.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova deyib.
Onun sözlərinə görə, "2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na əsasən, dövlət teatrları ilə yanaşı, özəl teatr fəaliyyətinin də təkmilləşdirilməsi nəzərdə tutulur:
"Məhz bu mərhələdə müstəqil teatrlara maliyyə dəstəyi mexanizmləri düşünüləcək".
Nazirlik rəsmisi müstəqil teatrların fəaliyyətinə Mədəniyyət Nazirliyi tərəfindən daimi və xüsusi diqqət olduğunu da əlavə edib:
"Müraciət edən teatrlara mövcud imkanlar yaradılır və müvafiq dəstəklər də göstərilir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Valideynlər mütləq buna diqqət etməlidirlər
Valideynlərin ən çox verdiyi suallardan biri övladlarının danışığının ləngiməsi ilə bağlı olur. "Uşağımın nitqində gecikmə olub-olmadığını necə başa düşə bilərə...