İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir

İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Digər 58

Yay aylarında avtomobilin salonunda temperatur qısa müddətdə 50-70 dərəcəyə qədər yüksələ bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi əşyaların isti avtomobildə saxlanılması həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi risk yaradır.

BAKU.WS xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, günəş altında qalan avtomobillərdə temperatur çöldəki havadan xeyli yüksək olur. Bu səbəbdən sürücülərə bir sıra əşyaları avtomobildə qoymamaq tövsiyə edilir.

1. Dərmanlar

Bir çox dərman preparatı yüksək temperaturun təsiri altında öz təsirini itirə və ya kimyəvi tərkibində dəyişiklik yarana bilər.

2. Plastik su qabları

İsti havada plastik qabların tərkibindəki bəzi maddələr suya keçə bilər. Bundan əlavə, uzun müddət günəş altında qalan suyun istifadəsi məsləhət görülmür.

3. Elektron cihazlar

Telefon, planşet, noutbuk və digər elektron vasitələr yüksək temperatur səbəbindən sıradan çıxa və ya batareyaları zədələnə bilər.

4. Powerbanklar

Litium-ion batareyalar həddindən artıq istidə qızaraq sıradan çıxa, bəzi hallarda isə alışma riski yarada bilər.

5. Aerozol məhsulları

Dezodorant, hava təravətləndiricisi və digər təzyiqli qablar yüksək temperaturda partlaya bilər.

6. Kosmetik vasitələr

Pomada, krem və digər kosmetik məhsullar istidə əriyərək yararsız hala düşə bilər.

7. Eynəklər

Günəş şüalarının təsiri altında qalan eynəklərin çərçivələri və linzaları deformasiya ola bilər.

8. Qida məhsulları

Şokolad, süd məhsulları, ət və digər tez xarab olan qidalar qısa müddətdə istifadəyə yararsız vəziyyətə düşə bilər.

9. Alışqanlar

İçərisində qaz olan alışqanlar yüksək temperaturda partlama təhlükəsi yaradır.

10. Bank kartları və sənədlər

Plastik kartlar istinin təsirindən əyilə və ya zədələnə bilər. Bəzi sənədlərdəki məlumatlar da yüksək temperaturdan zərər görə bilər.

Mütəxəssislər bildirirlər ki, avtomobil kölgədə saxlanılsa belə, salonun temperaturu qısa müddətdə təhlükəli həddə çata bilər. Buna görə də qiymətli, həssas və tez xarab olan əşyaların avtomobildə uzun müddət saxlanılmaması tövsiyə olunur.

Xüsusilə qeyd edilir ki, uşaqların və ev heyvanlarının qapalı avtomobildə tək buraxılması həyati təhlükə yarada bilər. Hətta bir neçə dəqiqə ərzində belə avtomobilin içərisində temperatur kritik səviyyəyə yüksələ bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər