Evdən işləyənlər üçün sağlam qidalanmanın YOLLARI
Evdən işləmək qidalanma rejiminə də təsir göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış menyu həm məhsuldarlığı artırır, həm də həddindən artıq yeməyin qarşısını alır.
BAKU.WS xəbər verir ki, günə mütləq səhər yeməyi ilə başlamaq tövsiyə olunur. Yulaf sıyığı, yunan yoqurtu, meyvə və ya qoz-fındıq həm enerji verir, həm də uzun müddət toxluq hissi yaradır.
İş zamanı qəlyanaltı üçün meyvə, tam taxıllı çörək və quru meyvə-fındıq qarışıqlarına üstünlük verilməsi məsləhət görülür. Sağlam qidaların əlçatan yerdə saxlanılması zərərli qəlyanaltılara marağı azaldır.
Mütəxəssislər naharı kompüter qarşısında deyil, qısa fasilə verərək etməyi tövsiyə edirlər. Bu, həm gözlərin, həm də beynin dincəlməsinə kömək edir.
Bundan başqa, həftəlik alış-veriş siyahısı hazırlamaq və qidaları əvvəlcədən planlaşdırmaq evdən işləyənlər üçün həm vaxta qənaət edir, həm də nizamsız qidalanmanın qarşısını alır. Mütəxəssislərin fikrincə, bir neçə sadə vərdiş sağlamlığı qorumaq və gün ərzində enerjili qalmaq üçün kifayətdir.
Oxşar xəbərlər
Bu tarixdə temperatur 7 dərəcə enəcək
Azərbaycanda iyunun 20-si gündüz dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir...