Əhaliyə vacib XƏBƏRDARLIQ - 50 saata çatdı

Əhaliyə vacib XƏBƏRDARLIQ - 50 saata çatdı
Digər 322

Yer üzündə maqnit qasırğaları artıq 48 saatdır davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun portalı məlumat yayıb.

"Ümumilikdə, davamlı geomaqnit pozuntularının ümumi müddəti 54 saat təşkil edib. Hazırda planeti əhatə edən plazmanın temperaturu 100 min dərəcəyə yaxındır. Bu temperatur hadisənin zirvəsində, 3 milyondan çoxdur".

Bundan əvvəl Günəş bu il Yerə yönələn ən böyük plazma emissiyasını qeydə alıb. Bu, mayın 31-nə keçən gecə baş verib və M8.2 səviyyəli güclü günəş alışmasının nəticəsi olub.

Qeyd edək ki, iyunun 2-də Yer kürəsində başlayan maqnit qasırğası G3 sinfinə qədər güclənib ki, bu da beş indikator şkalasında "güclü" qiymətinə uyğundur. G3 fırtınası enerji sistemlərinin işində problemlər yarada bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiyada, eləcə də yüksək tezlikli radio rabitəsində nasazlıqlar mümkündür.

Oxşar xəbərlər

Minaya düşərək ölən jurnalist Sirac Abışovun son anlarında nə yaşandı?

Minaya düşərək ölən jurnalist Sirac Abışovun son anlarında nə yaşandı?

Baku TV-nin "Retro Baku" verilişinin budəfəki buraxılışı Azərbaycan Televiziyasının (AzTV) şəhid operatoru Sirac Abışova həsr olunub. Qardaşı ilə bağlı xatirələ...

111 Digər 01:11 05 iyun 2025

Son xəbərlər