Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb. Qədr gecəsi "leylətul-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1 000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq" (97:1-5).
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qeyd edək ki, bu il Azərbaycanda ramazan ayı fevralın 19-dan başlayıb.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Novruz bayramıdır
Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin...