SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə hakimiyyəti yaxın vaxtlarda Rusiyada istehsal edilmiş koronavirus əleyhinə vaksinin sınaqlarına icazə verə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

"Biz Rusiyada hazırlanan vaksinin sınaqları ilə bağlı sorğunu aldıq. Düşünürəm ki, yaxın vaxtlarda buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə iki yerli vaksinin sınaqları keçirilir", - Koca jurnalistlərə deyib.

O əlavə edib ki, belə sınaqlar Türkiyədə yalnız könüllülər üzərində keçirilir.

BAKU.WS