SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə koronavirusa yoluxanların sayında İranı geridə qoyub. 

BAKU.WS xəbər verir ki, hazırda Türkiyədə COVID-19-a yoluxanların sayı 86 min 306 nəfər təşkil edir. 

Ümumilikdə ölənlərin sayı 2 min 17 nəfərə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 11 min 976 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, digər qonşu ölkələrdən İranda 83 min 305, Rusiyada 27 min 938, Qazaxıstanda 1.775, Ermənistanda 1.339, Gürcüstanda isə 399 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 1398 19 712
Türkiyə 86.306 2.017 11.976
İran 83.505 5.209 59.273
Rusiya 47.121 405 3.446
Qazaxıstan 1.775 19 428
Ermənistan 1.339 22 580
Gürcüstan 399 4 93
BAKU.WS