SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilsə də, epidemiyanın öhdəsindən tam gəlmək hələ də mümkün olmayıb.

BAKU.WS xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, son 24 saat ərzində İranda virusa yoluxanların sayı 82 min 211 nəfərə, ölənlərin sayı isə 5118-ə çatıb.

Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 57 min 23 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, koronavirusla bağlı qorxulu vəziyyət qonşu Türkiyədə də müşahidə olunur. Ölkədə COVID-2019 virusuna yoluxanların sayı 82 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Rusiyada 42,853, Qazaxıstanda 1,676, Ermənistanda 1,291, Gürcüstanda isə 394 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 1398 19 712
Türkiyə 82,329 1,890 10,453
İran 82,211 5,118 57,023
Rusiya 42,853 361 3,291
Qazaxıstan 1,676 17 400
Ermənistan 1,291 20 545
Gürcüstan 394 4 86
BAKU.WS