SİZİN REKLAM BURADA!
055 213 76 73


Afrika ölkəsi olan Qabonda yeni növ koronavirus səbəbindən panqolin və yarasa istehlakına və satışına qadağa qoyulub.

BAKU.WS xəbər verir ki, bu barədə ictimaiyyəti ölkənin Meşə və Su naziri Li Uayt məlumatlandırıb.

O bildirib ki, qadağaya əməl etməyən şəxslər sərt şəkildə cəzalandırılacaqlar: "Virusun iki heyvanla əlaqəsi olduğuna dair elmi araşdırmalar var. Ölkəmizdə Ebola epidemiyasının baş verdiyi illərdə hakimiyyət tərəfindən analoji bir qərar qəbul etməklə primatların istifadəsi qadağan olunmuşdu".

Qeyd edək ki, Afrikada meşəsi ilə zəngin olan Qabonda vəhşi heyvan ovu əsas qazanclardan biridir və ət istehlakı geniş yayılıb.

Rəsmi məlumata əsasən, bu günə kimi ölkə ərazisində 24 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb ki, bunun da biri ölümlə nəticələnib.

BAKU.WS