Koronavirusdan sağalmağının şərəfinə şənlik keçirdi, yenidən yoluxdu

Pakistanın Ravalpindi şəhərində koronavirus xəstəliyinə qalib gələn şəxs ehtiyatsızlığının qurbanı olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, iki həftə müddətində COVID-19 virusu ilə mübarizə aparan gənc pandemiyaya qalib gəlib və həkimlər onu evə buraxıblar.
Koronavirusdan yaxa qurtaran şəxs bu münasibətlə dostlarını evinə dəvət edərək, şənlik keçirib. Bir neçə gündən sonra şiddətli öskürəkdən əziyyət çəkən gəncdən koronavirus testi götürülüb və analizin cavabları müsbət çıxıb.
Hazırda aidiyyatı qurumlar şənlikdə iştirak edən digər şəxslərin saxlanılaraq, karantinə yerləşdirilməsinə çalışırlar.
Oxşar xəbərlər
Dünyada COVID-19-dan sağalanlar - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 422 min 945 nəfərdən 109 min 102 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sa...
