SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində dərc olunan "BMJ" adlı tibbi jurnalı Çin və ABŞ alimlərinin koronavirusla bağlı tədqiqatlarını dərc edib.

BAKU.WS xəbər verir ki, tədqiqatda COVID-19-a ən çox yoluxan qan qrupunun A qrupu, ən az yoluxanın isə O qrupu olması öz əksini tapıb.

Qeyd edək ki, koronavirusla bağlı tədqiqat Çin alimlərinin ABŞ-dakı genom araşdırmalarına yönəlmiş Yale Universiteti və "Cold Spring Harbor" Laboratoriyası tərəfindən dəstəklənən onlayn araşdırmalar əsasında hazırlanıb.

Tədqiqat A, B, O qan qruplarına malik 2713 koronavirus xəstəsi arasında aparılıb. Virusun mərkəzi olan Uhan və Şenzhen şəhərindəki üç xəstəxanada baş verən hadisələri araşdıran mütəxəssislər virus səbəbilə ölən 206 adamı və 775 yoluxmuş insanı da müayinə ediblər.

Tədqiqata həmçinin yoluxmamış, lakin risk altında olan 3964 Uhan sakini də cəlb olunub. Araşdırmada iştirak edən şəxslərin yaş həddi 18.6-45 arası olub.

Alimlər apardıqları tədqiqat zamanı müəyyən ediblər ki, A qan qrupu olanların virusa yoluxma nisbəti daha yüksəkdir. Eyni zamanda ən az yoluxma nisbəti isə O qan qrupuna aiddir.

BAKU.WS