SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hələlik Azərbaycanda EG.5 ştammına yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq bütün hallarda tələb olunan qaydalara əməl etmək və qorunmaq lazımdır”.

Bunu “Report”a açıqlamasında həkim-infeksionist Sadiqə Əliyeva deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını elan etsə də, virus daim mutasiyaya uğradığından rahat davranmaq olmaz:

“Çünki hələ iyun ayında yeni EG.5 ştammına yoluxma göstəricisi təxminən 7,6 faiz idisə, bu iyul ayının sonlarında 17,6 faizdir, getdikcə də daha da artmağa davam edir.

Bu günə qədər COVID-19 əleyhinə vurulan vaksinlərin yeni ştamma qarşı nə dərəcə effektiv olması yaxın zamanlarda bəlli olacaq.

Yəni bu nəticə ilə bağlı elmi araşdırmalar aparıldıqdan sonra məlumat veriləcək”.
Mütəxəssis qeyd edib ki, yoluxan şəxslərin sayında artım olsa da, xəstəxanalarda yatışla bağlı artım yoxdur.

“Qoruyucu tədbirlərə gəldikdə, bu günə qədər bildiyimiz qaydalara əməl olunması, ehtiyac yarandıqda xəstə insanın yanında maskadan istifadə edilməsi tövsiyə olunur.

Hər bir insan özünü və ailəsini qorumaq üçün gigiyenik qaydalara ciddi riayət etməlidir. Xəstəliyin simptomları demək olar eynidir.

Bədəndə hərarətin yüksəlməsi, əzələ və oynaq ağrıları, öskürək simptomlar arasındadır”, - infeksionist əlavə edib.

BAKU.WS