SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransada artıq hər kəs rahat şəkildə koronavirus testini edə biləcək.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, mobil telefondan istifadə etməklə 10 dəqiqə ərzində insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını müəyyən edə biləcəklər.

Qeyd edək ki, Fransada Lill Universitetinin alimləri koronavirus testini mobil telefon vasitəsilə keçirmək imkanı verən qurğu yaradıblar.

Qurğu telefona qoşulan fleş-diski xatırladır. Testin verilməsi üçün həmin qurğunun üzərinə burundan yaxma götürmə yolu ilə alınmış bir neçə damcı yerləşdirmək lazımdır. Qurğuda olan ötürücü virusun olub-olmamasına reaksiya göstərir.

Testin nəticəsi 10 dəqiqə ərzində telefonun ekranında peyda olur. Mütəxəssislər qeyd edir ki, həmin qurğu 90 faiz hallarda virusun mövcudluğunu müəyyən edə bilər.

Bildirilir ki, artıq test üsulu sınaqdan uğurla keçib. Gələn aydan onun kütləvi tətbiqinə başlanacaq.

BAKU.WS