055 213 76 73
Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
BAKU.WS “Sputnik armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 2 441 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 22 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 92 254-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1363 nəfər virusdan ölüb.
BAKU.WS