SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarşıdan payız mövsümü gəlir, xəstəliklərin daha çox özünü göstərdiyi əsas da koronavirusa yoluxma riskinin artdığı mövsüm.

Bu səbəblə COVID-19 ilə mübarizənin bu gərgin vaxtında peyvəndə əks göstərişi olmayan şəxslərin qripə qarşı vaksinasiya olunmaları məsləhətdir. Bunu TƏBİB deyir, bəs insanlar peyvənd olunacaqlarmı? Kimlərə olar? Kimlər etməsə, daha yaxşıdır?

Baku Tv mövzuyla bağlı maraqlı reportaj hazırlayıb.

İnsanların əksəriyyəti peyvəndin xeyir yox, zərər verəcəyini düşünür. Ona görə elə bu dəfə də peyvənddən danışacağıq, amma bu peyvənd mövsümi qripə qarşıdır.

Hər il bu dövrdə xəstəliklərin çoxalması ilə qrip özünü müxtəlif formalarda büruzə verir. Bu payız isə “İnfluenza” adlı viruslar tərəfindən törədilən yoluxucu xəstəlik formasında qripə yoluxmayaq deyə, payızda ölkəmizə qrip əleyhinə vaksinlərin gətirilməsi və tətbiq edilməsi planlaşdırılır. Mütəxəssislər risk qrupunda olanların vaksinasiyaya cəlb edilməsini tövsiyə edirlər.

TƏBİB-nin İnfeksion İşçi Qrupunun üzvü Nilufər Məmmədovanın sözlərinə görə, qrip vaksini koronavirusa qarşı birbaşa müdafiə rolu oynamır. Amma immunitetin zəifləməsinin qarşısını alır. Bu həmçinin orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər.

Geniş reportajı təqdim edirik:

BAKU.WS
VİDEO