SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda daha bir tanınmış həkimdə COVID-19 aşkarlanıb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini Nərmin Qasımova koronavirusa yoluxub.

Hazırda həkimin vəziyyəti orta ağırdır. O, xəstəxanada müalicə olunur.

Qeyd edək ki, N.Qasımova 2002-ci ildən Səbail rayonunda yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışır.

BAKU.WS