055 213 76 73
Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
BAKU.WS APA-ya istinadən verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq.
Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.
BAKU.WS