VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanda gün ərzində 150-170-ə yaxın şəxs vəfat edir”.

BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, yaxın qohumların dəfn mərasimində iştirak etmək istəyənlər 102 zəng mərkəzinə müraciət edərək icazə ala biləcəklər:

“Bu halda polislərin planşetinə məlumat göndəriləcək və icazə verilən şəxslərin adları orada görünəcək. Bundan öncəki karantin müddətində bəzi günlərdə dəfndə iştirak etmək üçün 40 minə yaxın müraciət olurdu. Bəziləri SMS icazə xidmətindən sui-istifadə edirdi. Vətəndaşların nəzərinə çatdırmaq istəyirik, əsassız şəkildə 102-yə müraciət edənlər barəsində ciddi tədbirlər görüləcək”.

BAKU.WS