SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) əməkdaşı koronavirusa yoluxub.

BAKU.WS "unikal.org"a istinadən xəbər verir ki, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.

O, bu barədə məlumatı saytımıza təsdiqləyib.

Bununla belə, digər müxbir Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.

***11:14

ATV telekanalının iki əməkdaşı koronavirusa yoluxub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, sözügedən televiziyada çalışan iki jurnalistdən COVID-19-a qarşı götürülən analizlərin nəticələri müsbət çıxıb.

Onlardan biri müalicə üçün Atletlər kəndinə, digəri isə pandemiya əleyhinə tibb müəssisələrindən birinə yerləşdirilib.

BAKU.WS