SİZİN REKLAM BURADA!
055 213 76 73


“Epidemioloji qanuna uyğunluğa görə, vaksinasiya problemi həll olunmayana qədər virusun ölkə əhalisinin əksəriyyətinə yoluxması baş verə bilər”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB rəhbəri qeyd edib ki, karantin rejimi tədricən və nəzarət altında aradan qaldırılmasa, yenidən kütləvi patogenliyi artıra bilər:

“Belə olan halda reanimasyon yardım tələb edən halların artması baş verə bilər. Bu da xəstəxanaların imkanlarının xaricinə çıxa bilər. Arzuolunmaz və faciəvi nəticələr yarana bilər.

Əldə olunmuş nailiyyətlər laqeydliyə və etinasızlığa yola açmamalıdır. Əksinə, bilinməlidir ki, xəstəlik hələ yekunlaşdırılmayıb. Ən böyük təhlükə hələ qabaqda dayana bilər”.

BAKU.WS