SİZİN REKLAM BURADA!
055 213 76 73


İTV-nin ərsəyə gətirdiyi #Virusameydanoxuyaq fləşmobuna BAKU.TV də qoşulub.

BAKU.WS xəbər verir ki, bu barədə İTV-nin efirində məlumat verilib.

BAKU.TV-nin “Xəbər” proqramının aparıcısı Səma Camal sonuncu çərşənbə münasibəti ilə tamaşaçıları təbrik edib, dünyada yayılmış koronavirus pandemiyasına qarşı pozitiv olmaq və qarşıdan gələn Novruz bayramını yüksək əhval-ruhiyyədə qarşılamaq üçün virusa meydan oxuyub. Daha sonra efirə BAKU.TV-nin digər əməkdaşları yallı mahnısının sədaları altında daxil olublar.

“Bayram əhval-ruhiyyəsi ilə #Virusameydanoxuyaq şüarı ilə diktor xanım estafeti Mədəniyyət kanalının aparıcısı Elnur Kərimova ötürüb.

Qeyd edək ki, bir neçə gün öncə İTV tərəfindən start verilən bu fləşmobun məqsədi dünyada yayılan koronavirusa qarşı pozitiv olmaq və Novruz bayramını yüksək əhval-ruhiyyədə qarşılamaq üçün virusa meydan oxumaqdır.

BAKU.WS
VİDEO