SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, müalicə alan şəxslərdən 8 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 637 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 23 nəfərdir.

Ölkədə son sutka ərzində 310, hazırkı dövrədək isə 7 643 211 test aparılıb.

BAKU.WS