SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 808 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 0 41 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 54 nəfərdir.

Ölkədə son sutka ərzində 2 134, hazırkı dövrədək isə 6 907 553 test aparılıb.

BAKU.WS