SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 36 141 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 502, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 770, üç və daha çox doza vaksin vurduranların sayı 29 929, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 940 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 864 217, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 290 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 778 777, üç və daha çox doza vaksin vurduranların sayı 2 596 563, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 198 078 təşkil edir.

BAKU.WS