SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib. 16 734 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 804, bu günə qədər isə ümumilikdə 5 729 433 test icra olunub.

BAKU.WS