İran Prezidenti Məsud Pezeşkian gələn həftə Azərbaycana səfər edəcək
04
noy
2024
23:33
İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.
"Report" xəbər verir ki, bunu İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Həbibullah Abbasi İRNA agentliyinə açıqlamasında deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.
İran Prezidenti Məsud Pezeşkian
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası
Birləşmiş Millətlər Təşkilatı (BMT)
Oxşar xəbərlər
Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya...