Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Rabab Fatiməilə görüşüb.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Tərəflər Azərbaycanın COP29-a sədrliyi çərçivəsində BMT ilə əməkdaşlığını müzakirə edib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə az inkişaf etmiş ölkələrin, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqtisadi, sosial, mədəni və humanitar problemlərinin həllinin təşviqinə yönəlmiş təşəbbüsləri qeyd olunub.
Oxşar xəbərlər
Əli Əsədov Milli Məclisin plenar iclasında iştirak edir
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən...