Bakıda aptek müdiri işçisini onu kök pişiyə oxşatdığına görə vəhşicəsinə döyüb - TƏFƏRRÜAT
Bakıda aptekdə baş verən insidentin təfərrüatı məlum olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.
Tərəflər arasında mübahisə satıcının A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişiyə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə "Sən kök pişiyə oxşayırsan" deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb.
A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.
Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.
Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda polisə bir-birindən şikayət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***15:06
Paytaxtda aptek müdirinin işçisi olan qadını döydüyü iddia olunur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, paytaxtdakı apteklərin birində müdir olduğu iddia edilən şəxs işçisini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini yumruqlayıb, yerdə sürüdüyü görünür.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda həkim vəfat etdi
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya şöbəsinin elmi rəhbəri vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilib ki, Elmi-Tədqiqat...