SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Formula 1" yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq. Bu barədə trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

V.Əsədov qeyd edib ki, bu barədə "Formula 1" yarışının təşkilat komitəsindən bildirilib: "Komitədən verilən məlumata görə, bu gün nahardan sonra "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqası boyu kəsişmələrdə yerləşən küçələrdəki maneələr aradan qaldırılacaq. Dənizkənarı Milli Park ərazisi və Neftçilər prospektində isə hərəkətin bərpasına sabahdan başlanacaq".
 
BAKU.WS