SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS