Dünən Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat paylaşıldı və təxminən bir neçə saat nazirliyin rəsmi saytına girişdə problem yaranıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir.

Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılması müddətinin mayın 1-dək uzadılması barədə yayılan xəbər həqiqəti əks etdirmir.

Ekspert Kamran Əsədov isə bildirib ki, Təhsil Nazirliyi ilə hər hansı şagirdin ya məmurun qərəzli mövqeyinin olduğuna inanmır: "Belə bir qərar şagirdlərə maraqlı ola bilməz. Çünki bu, onlara faydalı deyil. Xüsusən bunu edə biləcək yaş həddinin 9-11-ci siniflər olduğunu nəzərə alsaq, onları çox ciddi imtahanlar gözləyir - buraxılış və qəbul imtahanları. Ancaq dərslərin təxirə salınmasına razı olacaq bir qruplaşma tələbələrdir. Çünki onlara semestr imtahanlarının nə qədər az olması maraqlıdır“.

BAKU.WS
VİDEO