VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Neft sənayesində çalışmış pensiyaçılar yüksək dövlət qayğısı ilə əhatə olunub. 
 
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, mərhum prezident Heydər Əliyevin fərmanı ilə 2001-ci  ildən  "Neftçilər günü” elan edilən 20 sentyabr hər il Azərbaycanda neftçilərin peşə bayramı kimi kimi qeyd olunur.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb.
 
Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və bunun əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququ qazanırlar. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,8 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,8 min nəfərdən artıqdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2015-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 89 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqı ödənilib.
 
BAKU.WS