SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcər rayonunda məcburi köçkün olan şəxs dəm qazından zəhərlənib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 deyilən yaşayış massivində baş verib.

1998 ci il təvəllüdlü Kazımova Fərqanə Sərdar qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

28 yaşlı qadına ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti orta ağırdır.

BAKU.WS