SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağdakı atəşkəsdən sonra həyata keçiriləcək fəaliyyətlər çərçivəsində bu gün Rusiyadan geniş tərkibdə bir heyət Ankaraya yollanıb. 

BAKU.WS "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Ankaraya gələn heyət ilə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları arasında iş yeməyi başlayıb.

Rusiyadan gələn heyət günortadan sonra Türkiyə Müdafiə Nazirliyinə gedəcək və görüşlərdə iştirak edəcək.

Yüksək vəzifəli hərbçilərdən ibarət heyətlər iclaslarda tərəflərin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələləri müzakirə edəcək.

BAKU.WS