SİZİN REKLAM BURADA!
055 213 76 73


“Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTv-də diktor olaraq növbədə və ekranda idim, o günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi”.

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə “İnstagram” hesabında paylaşıb. O bildirib ki, illər əvvəl Şuşanın işğal edildiyi xəbərini efirdə o səsləndirib:

“Bu gün o xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə görə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm. Bu şəraiti mənə yaratdığı üçün İctimai televiziyanın rəhbərliyinə və "Sabaha saxlamayaq" verilişinin kollektivinə minnətdarlığım sonsuzdur".

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO