SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağcabədi sakini özünü yandırıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.
 
Qəsəbə sakini Həsənov Ziyaməddin Məhərrəm oğlu maşınındakı ehtiyat saxladığı benzinlə özünü yandırıb.
 
Yanıq xəsarəti alan Z.Həsənov Ağcabədi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yaralının həyatı təhlükəsi yoxdur. Z.Həsənov  ilkin izahatında həmkəndlisi Azər adlı şəxs ona məxsus olan torpaq sahəsində qanunsuz  qazıntı işləri apardığı üçün etiraz əlaməti olaraq özünü yandırdığını bildirib. 
 
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsi araşdırma aparır.
 
BAKU.WS