SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mövcud durum imkan verir ki, təbiətə dəymiş ziyana görə cərimənin məbləğini artıraq. Bununla bağlı normativ akt hazırlanıb. Yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək".

BAKU.WS xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə sosial şəbəkədə canlı yayım zamanı bildirib. 

O, təəssüflə qeyd edib ki, “Qırmızı kitab”a düşən növlərin qanunsuz ovlanması hallarına yol verilir: "Bu gün mövcud olan qanunsuz ova görə təbiətə dəymiş ziyanın miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü ildə təsdiq edilən “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir".

BAKU.WS