SİZİN REKLAM BURADA!
055 213 76 73


İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin həyata keçirdiyi zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova artıq zubr balalarının sayının üçə çatdığını bildirib.

O qeyd edib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub:

“İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə ötən ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb”.

A.Səmədova xatırladıb ki, artıq zubrların sayı 15-ə çatıb.

BAKU.WS
QALEREYA